Dollar aptekləri "iflic" etdi: Azərbaycanda dərman satışı dayandı
Yeniliklərdən dərhal xəbərdar olun
"Heç bir dərman deposu apteklərə Rusiya və Avropa istehsalı olan dərmanlar vermir".
BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa rəsmi Facebook səhifəsində bildirib. Əczaçıların şikayəti haqqında yazan deputat bildirib ki, vəziyyət o həddə çatıb ki, aptelərdə karvalol, valerian kimi dərmanları da tapmaq mümkün deyil.
"Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, "artıq iyirmi gündür ki heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi "çitramon", "korvalol", "valerian", vitaminlər...hec nə yoxdur..Xahiş edirik bizə kömək edin!" Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər".
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
219 dərman vasitəsinin qiyməti təsdiqləndi - SİYAHI
Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9850 olub. BAKU.WS-in Tarif (qiymət) Şurasına istinadən verdiyi məlumata görə, qurumun bu gün keçirilən iclası...