Anasına dərman almaq üçün aptekə gedən 17 yaşlı qızı zorladılar (TƏFƏRRÜAT)
Türkiyədə axşam saatlarında aptekə dərman almağa gedən 17 yaşlı qız 39 yaşlı kişi tərəfindən zorlanıb.
BAKU.WS-in məlumatına görə, hadisə Samsunda baş verib. Gənc qız anası üçün dərman almağa gedib. Qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs içkili olub və qızı zorla evinə aparıb. Orada 17 yaşlı qızı zorlayıb. Evlərinə qayıdan qız olanları anasına danışıb. Ana da polisə şikayət edib.
Araşdırmalar zamanı 17 yaşlı qızın 39 yaşlı Bahadur T. tərəfindən zorlandığı məlum olub. Həbs olunan Bahadur T. polisə bildirib ki, haqqında deyilənlər həqiqətə uyğun deyil: "Bir az içkili idim. Axşam küçədə gəzirdim. Qəfildən bu qızı gördüm. Yorğun və fikirli idi. Dərdini soruşdum. Dedi ki, evə gedə bilmir. Halına acıdım və evimə apardım. Yemək verdim. Bir neçə saat oturdu və çıxıb getdi. Ola bilər ki, məndən əvvəl kimsə ona təcavüz edib. Mən onu görəndə halı pis idi. Mən də çox pis günlər keçirmişəm. Belə insan görəndə kömək etmək istəyirəm. Onun yerinə başqa qız da olsaydı yenə də evimə aparıb, ona yardım edərdim”.
Hazırda polsi baş verən hadisəni araşdırır. Araşdırmalara qədər Bahadur T. həbsxanada qalacaq. Əgər onun günahı sübuta yetərsə, onu 15 ildən 30 ilə qədər məhbusluq həyatı gözləyir.
BAKU.WS
Oxşar xəbərlər
Kütləvi şəkildə zorlanan 15 yaşlı qızı xəstəxananın mühafizəçiləri də zorladı
Hindistanın mərkəzində 15 yaşlı qız təcavüzə məruz qalıb. BAKU.WS-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Qız axşam saatlarında evləri...