DİN: Sumqayıtda itkin düşən 23 yaşlı qız tapılıb

DİN: Sumqayıtda itkin düşən 23 yaşlı qız tapılıb
Sosial 443

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubovanın itkin düşməsi barədə məlumat verilmişdi. Həmin qız artıq tapılıb.

Bu barədə DİN-nin mətbuat xidmətindən bildirilib.

“Bununla əlaqədar qeyd olunan məlumatı paylaşan media nümayəndələrindən həmin qızın fotoşəkillərinin və anket məlumatlarının silinməsi xahiş olunur”, -deyə məlumatda qeyd olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər