DİN-dən şəhid Xudayarın qohumları ilə bağlı daha bir - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid Xudayar Yusifzadə barəsində sosial şəbəkələrdə ironik status paylaşdığına görə həmin postu yazan şəxsi döyənlərin həbs edilməsi məsələsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, o bildirib ki, hazırda həbs olunan yoxdur:
“Xəbər verildiyi kimi, artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başladılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prosessual qanunvericiliyə uyğun olaraq bu, nəzərə alınacaqdır”.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...