Dmitri Medvedev Mehriban Əliyevaya təbrik məktubu göndərib
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.
BAKU.WS-in Azər Tac-a istinadən verdiyi məlumata görə, məktubda deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Əlamətdar bayram – 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.
Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.
Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm".
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev İslam Kərimova təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə,...