Dmitri Medvedev Şəhidlər Xiyabanını ziyarət etdi
08
apr
2016
17:01
Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev aprelin 8-də Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS-in məlumatına görə, Dmitri Medvedev ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Rusiya Hökumətinin Sədrinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev və Medvedev Qarabagdakı son durumu müzakirə etdilər
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevlə məhdud tə...