İlham Əliyev və Medvedev Qarabagdakı son durumu müzakirə etdilər

İlham Əliyev və Medvedev Qarabagdakı son durumu müzakirə etdilər
Siyasət 1042

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevlə məhdud tərkibdə görüşü olub.

BAKU.WS-in məlumatına görə, İlham Əliyev görüş zamanı Medvedyevə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində göstərdiyi mövqeyə görə təşəkkürünü bildirib.

O, Rusiya rəsmisinə cəbhədəki son vəziyyət barədə məlumat verib. Prezident bildirib ki, Ermənistan cəbhə xəttində təxribatlar törədir. Rusiyanın baş naziri Dmitri Medevdyev isə münaqişənin sülh yolu ilə həlli üçün ölkəsinin əlindən gələni edəcəyini bildirib.

"Biz Azərbaycanla təkcə münaqişənin həllində deyil, digər sahələrdə - humanitar və iqtisadi sahələrdə də əməkdaşlıq edirik. Dağlıq Qarabağdakı vəziyyət çox çətindir. Biz istəyirik ki, münaqişə Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun həllini tapsın. Ümid edirik  ki, tərəflər danışıqları masa arxasında davam etdirəcəklər. Mən özüm də çox səy göstərirəm ki, münaqişə həllini tapsın”.

Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

BAKU.WS

Son xəbərlər