DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 14 noyabr tarixində Biləcəri ETSİ ərazisində 35/6 kV-luq yarımstansiyadan qidalanan Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.
Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 10:30-dan 15:00-dək Biləcəri qəsəbəsi M. Aslanov, L.Tolstoy küçələri, Mərəzə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
İçərişəhər turistləri valeh edir: Qədim Bakıya axın artır
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər paytaxtın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Xarici turistlər bura böyük maraq göstəri...