Dilarə Əliyeva: "Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir"

Dilarə Əliyeva: Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir
Video
Sosial 59

"Rasim Balayevin həyatı, kinonu, sənəti sevməsi onun atdığı addımlardan, verdiyi qərarlardan bilinirdi. Çünki Nəsimi deyilən kimi bütün türk dünyasının gözü önünə məhz Rasim Balayev gəlir".

Bunu Əməkdar artist Dilarə Əliyeva Baku TV-yə Xalq artisti Rasim Balayevlə vida mərasimində onunla bağlı xatirələrindən danışarkən deyib.

O, Rasim Balayevin Azərbaycan kinosu üçün etdiklərinin çox qiymətli olduğunu vurğulayıb:

"Kaş Rasim müəllim ömrünün sonunadək ekran qarşısında olardı, filmlərə çəkilərdi. O, kino üçün yaranmışdı. Rasim Balayev Azərbaycan kinosu üçün bu dünyada bir insanın edə biləcəyindən daha artığını etdi".

Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir sıra ərazilər qazsız qalacaq

Bir sıra ərazilər qazsız qalacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...

105 Sosial 23:59 30 oktyabr 2026

Son xəbərlər