Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var

Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
Video
Sosial 49

Böyük Şor gölündən Dərnəgül istiqamətinə gedən yolda beton panellərin dibindən su axır.

Baku TV-nin məlumatına görə, suyun sızması nəticəsində panellərin altındakı torpağın yuyulması ərazidə boşluqların yaranmasına və çökmə təhlükəsinə səbəb olur.

Qeyd edək ki, sözügedən yolun təxminən 2023-2024-cü illərdə inşa edildiyi bildirilir. Yolun tikintisi zamanı qrunt və kanalizasiya sularının ərazidən kənarlaşdırılması üçün drenaj sisteminin quraşdırıldığı açıqlanmışdı. Lakin hazırkı vəziyyət drenaj sisteminin fəaliyyəti ilə bağlı suallar yaradır.

Ərazidə müşahidə edilən digər problem isə beton panellərin üzərindəki üzlüklərin tökülməsidir. Daha əvvəl də bu məsələ ilə bağlı məlumatlar yayılmış, küləyin təsiri nəticəsində üzlüklərin qoparaq sürücülər üçün təhlükə yaratdığı bildirilmişdi. Lakin görünən odur ki, problemlə bağlı hələlik hər hansı tədbir görülməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər