Deputat ət qiymətlərinin yüksək olmasının səbəbini açıqlayıb

Deputat ət qiymətlərinin yüksək olmasının səbəbini açıqlayıb
Sosial 281

Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir: "Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər".

T. Rzayev hesab edir ki, bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər: "Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir sıra ərazilər qazsız qalacaq

Bir sıra ərazilər qazsız qalacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...

29 Sosial 23:59 30 oktyabr 2026

Son xəbərlər