Dekabrda qar yağacaq? - Hidrometeorologiya Xidmətindən AÇIQLAMA
Sosial şəbəkələrdə qışın sərt keçəcəyi, güclü şaxtaların olacağı ilə bağlı iddialar yayılıb. Bəs bu iddialar nə dərəcədə doğrudur?
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrda havanın temperaturu noyabr ayına nisbətən aşağı olacaq.
Xidmətin proqnozlar bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim normasına yaxın olacaq.
Gülşad Məmmədova qeyd edib ki, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bölgələrdə isə havanın yağıntılı olması ehtimalı var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Şadlıq saraylarında SİQARET PROBLEMİ: "Qucağında uşaqla çəkir" - Baku TV
Qapalı məkanlarda siqaret çəkilməsi qanunla qadağan olunsa da, bəzi ictimai iaşə obyektlərində bu qaydaya hələ də əməl edilmir. Xüsusilə şadlıq saraylarında si...