Daha bir ölkədə gələn həftə karantin yumşaldılır

Daha bir ölkədə gələn həftə karantin yumşaldılır
Sosial 139

İtaliya hökuməti bütün mədəni obyektlərə gələnlərin sayına qoyulan məhdudiyyəti ləğv edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Dario Françeskini bildirib. Nazir deyib ki, oktyabrın 11-dən kinoteatrlar, teatrlar və konsertlər 100% doluluq səviyyəsinə qayıdır, ancaq maska ​​taxılmalı və COVID-19 sertifikatı olmalıdır.

Əvvəllər teatr və kinoteatrlarda tamaşaçılar oturacaqların 80%-ni tuta bilərdi.

Hökumətin təsdiqlənmiş qərarına əsasən, mədəni müəssisələrdə 1 metr məsafə saxlamaq öhdəliyi də ləğv edilir.

Eyni zamanda idman tədbirləri zamanı tamaşaçıların sayı açıq havada icazə verilən maksimum tutumun 75%-ni keçməməlidir.

Səhiyyə Nazirliyinin məlumatına görə, İtaliyada 12 yaşdan yuxarı əhalinin demək olar ki, 80%-i tam peyvənd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər