Daha bir Avropa ölkəsi COVİD-19 qadağalarının hamısını ləğv etdi
15
mar
2022
22:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hollandiyada 23 martdan etibarən koronavirusla bağlı tətbiq edilən bütün qadağalar ləğv ediləcək.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ernst Kuipers mətbuata açıqlama verib.
Bir həftə sonra yalnız gigiyenik qaydalara diqqət etmək kimi tövsiyələrin qüvvədə olacağını bildirən nazir səyahət edənlər üçün də qaydaların dəyişdiriləcəyini əlavə edib.
Başqa ölkələrdən Hollandiyaya gələn turistlər üçün isə sertifikat və ya PSR test tələbi olmayacaq.
Oxşar xəbərlər
Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, belə bir nəticə Çinin Hubey vilayətinin Elm...