Daha bir Avropa ölkəsi COVİD-19 məhdudiyyətlərinin bir çoxunu ləğv edir
Yeniliklərdən dərhal xəbərdar olun
İrlandiya hökuməti COVİD-19-la bağlı ölkədə tətbiq olunan məhdudiyyətlərin böyük əksəriyyətini ləğv edir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bütün ölkədə bazar ertəsindən mərhələli şəkildə işçilər ofislərə qayıdacaqlar.
Bundan başqa, əyləncə mərkəzlərinə girişdə peyvənd və İmmunitet pasportu məcburiyyəti aradan qaldırılır. Bununla yanaşı, konsert və stadionlarda keçiriləcək tədbirlər zamanı tam həcmdə tamaşaçı izləməsi mümkün olacaq. Restoranlar isə heç bir saat məhdudiyyəti olmadan fəaliyyət göstərə biləcəklər.
"Bu yazı səbrsizliklə gözləyərkən bir-birimizi təkrar görməliyik. Bir-birimizin gülüməsdiyini görməliyik. COVİD-19-da yeni mərhələyə keçərkən yenidən özümüz olma zamanı gəldi", - deyə ölkənin baş naziri Micheal Martin vurğulayıb.
Oxşar xəbərlər
Fransa COVİD-19 ilə bağlı bəzi məhdudiyyətləri ləğv edir
Gələn aydan etibarən Fransa koronavirusla bağlı bəzi məhdudiyyətləri aradan qaldırır. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin baş naziri Jea...