COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
22
okt
2025
10:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...