“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA (VİDEO)

“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA (VİDEO)
Video
Sosial 18042
Coca-Cola” şirkəti bu gün yüzlərlə insana "WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama yayıb. Şirkətdən Lent.az-a göndərilən açıqlama bildirilir: "Azərbaycan Coca-Cola Bottlers olaraq bildiririk ki, sosial şəbəkələrdə guya şirkətimizin hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını "Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur. "Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”. Qeyd edək ki, yüzlərlə "WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən "Coca-Cola”lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan "Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər