“WhatsApp”dan daha bir yenilik

“WhatsApp”dan daha bir yenilik
Şou-biznes 1734

"WhatsApp” messencerində istifadəyə verilmiş "Status” opsiyası avtomatik silinən şəkil və videolar dərc etməyə imkan verir. Bu funksiya "Instagram Stories”, "Snapchat”da olduğu kimi işləyir.

Messencerin yeni opsiyası kontakt siyahısındakı istifadəçi adlarının alt hissəsində göstərilən statusları əvəz edəcək. BAKU.WS "macdigger.ru” saytına istinadən xəbər verir ki, "WhatsApp” messencerində şəkil və çarxlar dərc edildikdən 24 saat sonra lentdən silinəcək. "Status”un digər analoji layihələrdən əsas özəlliyi dərc edilən mesajların şifrlənməsidir.

Şirkətin direktoru Yan Koumun sözlərinə görə, yeniliyin əsas üstünlüyü istifadəçilərin həyatında baş verənlərdən tez bir zamanda kontakt siyahısındakı dostların xəbərdar olmasındadır.

Yeni opsiya tədricən "iOS”, "Android” və "Windows Phone” sistemləri üçün əlçatan olacaq.

"WhatsApp” messencerinin aylıq auditoriyası təxminən 1,2 milyard istifadəçi təşkil edir.

BAKU.WS

Oxşar xəbərlər

WhatsAppdan daha 2 YENİLİK

WhatsAppdan daha 2 YENİLİK

Bundan sonra Whatsapp messencerinin qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. BAKU.WS thehindu.com saytına istinadən xəbər...

4312 Şou-biznes 19:19 30 yanvar 2017

Son xəbərlər