Bakıdaki dəhşətli partlayış mağazanı belə silkələdi (VİDEO)

Bakıdaki dəhşətli partlayış mağazanı belə silkələdi (VİDEO)
Video
Hadisə 1660

 

Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola” şirkətinə məxsus istehsal fabrikində qaz çəninin partlaması nəticəsində ətrafdakı iaşə obyektlərinə ciddi zərər dəyib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, partlayış nəticəsində Bakı-Sumqayıt şosesinin 3-cü km-də yerləşən "RAHAT” marketlər şəbəkəsinin mağazasının giriş qapıları zədələnib.

Hadisə gecə vaxtı baş verdiyindən 24 saat fəaliyyət göstərən mağazada satıcılardan başqa cəmi bir neçə müştərinin olması səbəbi ilə heç kəs xəsarət almayıb.

Həmçinin partlayış nəticəsində dəmir qırıqları mağazaya bitişik yerləşən "AzCake” şirniyyat mağazasının şüşələrini sındırıb, mağazaya ciddi zərər dəyib.

Qeyd edək ki, "Lider Cola” şirkətinə məxsus istehsal fabrikində içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib.

Partlayış gücü yüksək olduğundan hadisə yerindən xeyli aralıda yerləşən yaşayış sahələrinin daş hasarları uçub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dəhşətli partlayış (FOTO)

Bakıda dəhşətli partlayış (FOTO)

Gecə saatlarında paytaxtda partlayış səsi eşidilib. BAKU.WS Anspress-ə istinadən xəbər verir ki, bədbəxt hadisə istehsal müəssisəsində baş verib. Bakının Xocas...

3170 Hadisə 09:12 05 iyul 2016

Son xəbərlər