"Azerbaijan Coca-Cola Bottlers"in rəhbərinin ölümünün təfərrüatları

Azerbaijan Coca-Cola Bottlersin rəhbərinin ölümünün təfərrüatları
Hadisə 2316

Ötən gün "Azerbaijan Coca-Cola Bottlers"in rəhbəri Cem Becel vəfat edib. BAKU.WS-in məlumatına görə, Cem Becel "Port Baku"nun "The club” idman zalında olarkən dünyasını dəyişib. O, oyun zamanı ehtiyat oyunçular skameykasında əyləşərkən qəflətən halı pisləşib. Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, onun ölümünə infarkt keçirməsi səbəb olub. "Oyun zamanı Cem Becel ehtiyat oyunçular skamyasında oturmuşdu. Qəfildən halı pisləşdi. Gözləri yumuldu və yerə yıxıldı. Biz dərhal mühafizəçilərə xəbər verdik və həkim çağırdıq. "Medi Club"un həkimləri hadisə yerinə çağırışdan 20 dəqiqə sonra gəldilər. Həkimlər gələnə qədər artıq iş-işdən keçmişdi. Sonradan həkimlərin boş səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı”.

Qeyd edək ki, "Medi Club" idman kompleksindən 5 dəqiqəlik məsafədə yerləşir. Xatırladaq ki, Cem Becel "Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.

Allah rəhmət eləsin!

Tofiq Babayev

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dünyasını dəyişmiş hamilə qadınla bağlı yeni faktlar (FOTO)

Azərbaycanda dünyasını dəyişmiş hamilə qadınla bağlı yeni faktlar (FOTO)

Ucar rayonunda dünyasını dəyişmiş 26 yaşlı hamilə qadın barədə yeni faktlar məlum olub. BAKU.WS-in məlumatına görə, rayonun Qarabörk kənd sakini 1990-cı il tə...

3761 Hadisə 10:13 22 yanvar 2016

Son xəbərlər