Sürücü ölən iş yoldaşını qoyub qaçdı - Şirkət avtomobili qəzaya düşdü
Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in musavat.com-a istinadən xəbər verir ki, "Coca-cola” şirkətinə məxsus "İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü "KamAZ” markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində "Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, 35 yaşlı Aydın Kosayev iki azyaşlı övladı var. Həyat yoldaşı isə üçüncü övladına hamilə imiş.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Şəmkirdə 15 yaşlı sürücü maşını aşırıb, özü və nənəsi ölüb
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qas...