Bakıda məmur yol qəzasında öldü (FOTO)
Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS anspress-ə istinadən xəbər verir ki, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb. 10-UK-280 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan 1979-cu il təvəllüdlü Ramin Mərdan oğlu Qurbanov idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.
Hadisə zamanı minik maşını deformasiyaya uğrayıb, ağır bədən xəsarətləri alan 37 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Qəzaya ilkin səbəb kimi hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşilması göstərilir. Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.
Dünyasını dəyişən Ramin Qurbanov Xətai Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mütəxəssis işləyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada gəlin və qaynana can verdi
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Ucar magistralının Qaradağ...