Çimərliyə gedənləri sevindirəcək mənzərə (FOTO)
"Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə, yolun 170 min kv. metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
BAKU.WS-in məlumatına görə, yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.
Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunmuşdur.
Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaqdır.
Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaqdır.
"Azəravtoyol” ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına başlanılmışdır.
Yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaqdır.
Ümumilikdə, 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaqdır.
Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə, Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaqdır. Bu, həm də Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcəkdir.
Yolun inşasının başa çatdırılmış hissəsində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarı hasarlarda 160 m2 boyaq işləri, 1050 m2 dekorativ suvaq, hühdürlüyü 2.5 metr olan 256 metr uzunluğunda həsir materialdan ibarət hasar hörgüsü, vətəndaşlara məxsus hasarların bərpası işləri aparılmış və ərazidən 100 m3 bərk və digər tullantılar daşınmışdır. Hazırda yol kənarlarının abadlaşdırılması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda əlavə olaraq bildiririk ki, Xocəsən, Bləcəri və Binəqədi qəsəbələri ərazilərində yaşayan sakinlərin müxtəlif yuxarı dövlət qurumlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətləri nəzərə alınaraq "Azəravtoyol” ASC tərəfindən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocəsən-Biləcəri-Binəqədi yolunun tikintisi işləri aparılmışdır. Aparılmış işlər çərçivəsində eni 11 metr 4 zolağlı 2.5 km uzunluğunda müasir tələblərə cavab verən yeni yol çəkilmişdir. Yol kənarlarında sakinlərin rahat hərəkət etməsi üçün 1.6 metr enində səki salınmışdır.
Yeni salınmış yolun strateji əhəmiyyəti ondan ibarət olmuşdur ki, ağır yük avtomobilləri şəhərə daxil olmadan şimal istiqamətində hərəkət edə bilərlər.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dənizin üzərindən keçən yolun möhtəşəm görüntüsü (VİDEO)
Bakıda dəniz üstündən çəkilən yol təmir edildi. "Azəravtoyol"dan BAKU.WS-ə verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə...