Binəqədi yolu təmirə bağlandı (VİDEO)
Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
BAKU.WS-in "Azəravtoyol” ASC-yə istinadla verdiyi məlumata görə, avtomobil yolu uzun müddət təmir olunmadığından hərəkət hissəsi sıradan çıxıb. Xüsusən də payız-qış aylarında bu yolla gediş-gəliş xeyli olub. Üstəlik piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədib. Artıq bu problemlərin köklü şəkildə aradan qaldırılması istiqamətində işlər görülür.
Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun uzunluğu 6,3 km, eni isə 16 metr təşkil edir. Layihəyə uyğun olaraq yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu 10 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol yatağının yararsız qruntu 1, 8 – 2 metr dərinlikdə qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda yol əsasının tikintisi və buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 3 qat olmaqla 80 min kv.m sahəsi asfaltlanacaq.
Hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi, həmçinin 12 yeni avtobus dayanacağının quraşdırılması işləri aparılacaq.
Qeyd edək ki, Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 87 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, avtonəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin olunacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
DYP xəbər yaydı: Bakı-Sumqayıt yolu bağlandı
DİN Baş Dövlət Yol Polisi İdarəsi 17-18 sentyabr 2016-cı il tarixlərində Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırı...