Çinin koronavirusa görə vaksini effektivliyinə görə birinci yerdədir
Çində istehsal olunan koronavirusa qarşı vaksin sınaqları effektivliyinə görə birinci yerdədir.
BAKU.WS “bloomberg.com”a istinadən xəbər verir ki, koronavirusa qarşı “Sinovac” vaksininin sınaqları üzrə aralıq məlumatlarına əsasən, Çin preparatı 97 faiz effektivlik göstərib.
İndoneziyanın “Bio Farma” əczaçılıq kompaniyasının yaydığı məlumata görə, klinik sınaqlar aparılıb. Sınaq nəticələrinə görə, “Sinovac” vaksini 97 faizə qədər effektivlik göstərir.
İndoneziyada ilk mərhələdə aparılan sınaqlardan uğurla çıxan vaksindən istifadə olunacaq. Ölkəyə çatdırılacaq 18 milyon peyvənd dozasından 15 milyonu yerli “Bio Farma” əczaçılıq kompaniyası tərəfindən istehsal olunacaq. İndoneziya dövlətilə imzalanan müqaviləyə görə, ilkin mərhələdə 250 milyon vaksin dozası tədarük ediləcək.
Oxşar xəbərlər
Türkiyənin sifariş etdiyi Çin peyvəndinin ilk nəticələri açıqlandı
Çinin “Sinovac” koronavirus peyvəndinin üçüncü mərhələsinin nəticələri açıqlanıb. BAKU.WS oxu.az-a istinadən verir ki, İndoneziyada 1 600 nəfərdə aparılan klini...