“Yeni peyvənd və müalicə haqda yaxşı xəbərlər var” - ÜST-dən açıqlama
“Yeni peyvənd və müalicə üsulları ilə bağlı yaxşı xəbərlər eşidirik. Hazırda tədqiqatlar davam edir. 50-yə yaxın peyvənd üzərində araşdırmalar aparılır”.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ÜST-ün Covid-19 üzrə sözçüsü Marqaret Harris REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, əvvəllər istifadə olunan bir peyvənd vardı: “Bu peyvənd lisenziyalıdır. Onun müəyyən insanları qoruduğu ehtimal olunur. Söhbət BSJ kimi tanıdığımız vaksindən gedir. Lakin bu peyvəndin üzərində araşdırma hələ başa çatmayıb. Ona görə onun müsbət təsir edib-etməyəcəyindən hələlik əmin deyilik.
50 yeni peyvənd üzərində də iş gedir. Təəssüf ki, həmin peyvəndlər uzun müddət ərzində sınaqdan keçirilməlidir. İnsan üzərində tətbiq etməzdən əvvəl onların təhlükəsizliyindən əmin olmalıyıq. Bu testlər azı 12 ay çəkəcək. Müalicə üsulları üzərində də böyük araşdırmalar aparılır. Müsbət təsirləri olduğu ehtimal edilən 4-5 üsul sınaqdan keçirilib. 46-dan çox ölkə Ümumdünya Səhiyyə Təşkilatının koordinasıyası ilə tədqiqatlara qoşulub. Buna həmrəylik sınaqları deyirik. Müxtəlif ölkələrdə aparılan sınaqların hansının daha yaxşı olduğu tədqiq edilir. Bu barədə məlumat əldə etdikdə bütün dünyaya xəbər verəcəyik. Lakin indiki halda ən vacib məsələ xəstəliyə yoluxmamaqdır”.
M.Harris Avstraliyada heyvanlar üzərində aparılan tədqiqatdan da danışıb. O bildirib ki, heyvanlar üzərində tətbiq uğurla nəticələnib: “Növbəti mərhələ isə onun insan üzərində aparılmasıdır. İnsanlar üzərində aparıldıqdan sonra bu barədə danışmaq olar”.
Pandemiyanın qarşıdakı iki həftə ərzində pik həddə çatması məsələsinə gəlincə isə M.Harris bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı bunu deməyib: “Məsələ burasındadır ki, müxtəlif ölkələr yoluxmanın sürətini azaltmağa nail olublar. Çin və Koreyadan yaxşı xəbərlər gəlir. Koreya da Çin kimi yoluxma hallarının qarşısını sürətlə aldı. Bütün bunları ehtimal edirik. Avropada isə bunun daha geniş əraziyə yayıldığını görürük. Lakin İtaliyadan və İspaniyadan yaxşı xəbərlər də gəlir. Buralarda yeni yoluxma hallarının sayı azalır. Amerikada isə pandemiya hələ ki, genişlənmə mərhələsindədir. Ona görə də biz pandemiya ilə bağlı vəziyyətin iki həftədən sonra başa çatacağını deyə bilmərik”.
Oxşar xəbərlər
Koronavirusa qarşı peyvənd və müalicə üsulundan yaxşı xəbərlər var - VİDEO
Bu ilin əvvəlində Çin alimləri Hubey əyalətində böyük bir xaosa səbəb olan "COVİD-19"un genomunu açıqladılar. Bununla da əczaçılıq şirkətləri, eləcə də hökumət...