Türkiyənin sifariş etdiyi Çin peyvəndinin ilk nəticələri açıqlandı

Türkiyənin sifariş etdiyi Çin peyvəndinin ilk nəticələri açıqlandı
Sosial 2366

Çinin “Sinovac” koronavirus peyvəndinin üçüncü mərhələsinin nəticələri açıqlanıb.

BAKU.WS oxu.az-a istinadən verir ki, İndoneziyada 1 600 nəfərdə aparılan klinik sınaqlara görə, peyvəndin effektivliyinin 97 faiz olduğu bildirilib.

İndoneziyanın dövlətə məxsus əczaçılıq şirkəti “Bio Farma”nın sözçüsü Ivan Henqin sözlərinə görə, klinik tədqiqat qrupu bir ay ərzində məlumatların təsirinin 97 faizə qədər artdığını müəyyən edib.

Təsir nisbətlərinin bir aylıq klinik sınaqlara əsaslandığı və son nəticələrin yanvar ayında açıqlanacağı qeyd olunur.

İndoneziyada 11 avqustda təxminən 2000 könüllü ilə “Sinovoc”a aid COVID-19 peyvəndi namizədinin üçüncü mərhələ klinik sınaqlarına başlamışdı.

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca Türkiyənin “Sinovac” şirkəti tərəfindən istehsal olunan peyvəndin 50 milyon doza sifariş verdiyini açıqlayıb.

Son xəbərlər