ABŞ 100 milyon doza koronavirus peyvəndi sifariş verdi
12
avq
2020
10:23
ABŞ Prezidenti Donald Tramp koronavirus peyvəndi hazırlamaq üçün bir neçə aydır çalışmalar aparan biotexnologiya şirkəti olan “Moderna” şirkəti ilə 1,5 milyard dollarlıq razılaşma əldə edildiyini açıqlayıb.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müqaviləyə əsasən “mRNA-1273” adlı peyvənddən 100 milyon doza hazırlanacaq.
Bundan başqa, ehtiyac olacağı təqdirdə ABŞ daha 400 milyon doza peyvənd ala biləcək.
Qeyd edək ki, ABŞ daha öncə peyvənd çalışmaları üçün 955 milyon dollar investisiya qoymuşdu.
Oxşar xəbərlər
Koronavirus peyvəndi ilə bağlı sevindirən xəbər - Son mərhələ başladı
ABŞ-da insanlar üzərində sınaqlarına başlanan koronavirus peyvəndinin son mərhələyə hazır olduğu açıqlanıb. BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, AB...