Koronavirus peyvəndi ilə bağlı sevindirən xəbər - Son mərhələ başladı
ABŞ-da insanlar üzərində sınaqlarına başlanan koronavirus peyvəndinin son mərhələyə hazır olduğu açıqlanıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, ABŞ-ın “Moderna” dərman şirkəti və Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə birlikdə hazırlanan peyvənd 45 nəfərin üzərində sınaqdan keçirilir.
Sınağın gedişatında peyvəndin müsbət təsir göstərdiyi müşahidə edilib. Peyvənd sınağının aparıldığı könüllülərin qanında koronavirusa qalib gələn antitellər yaranıb.
Bundan başqa, həmin şəxslərdə ciddi əlavə təsirlər ortaya çıxmayıb. Sadəcə yorğunluq, baş ağrısı və yüngül hərarət müşahidə edilib.
Məlumata görə, peyvəndlə bağlı çalışmalarda son mərhələ 27 iyulda başlayacaq və 30 min insan üzərində sınaqdan keçiriləcək. Məlumata görə, öncə gənclər və orta yaşlı insanlar üzərində, sonra isə qocalar və xroniki xəstələr üzərində test ediləcək.
Oxşar xəbərlər
Virusdan xilas yolu tapılır – Azərbaycanlı həkim YENİ ELMİ NƏTİCƏni şərh edir
Son günlərdə COVID-19 peyvəndi ilə bağlı elmi tədqiqatlarda da aşkar canlanma hiss olunur. Bu istiqamətdə fərqli mərhələlərdə olan elmi tədqiqatlar da davam edi...