Çində yoluxma artır - Azərbaycan üçün təhlükə varmı? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Çində rekord sayda koronavirusa yoluxmalar baş verir. Son sutkada Çində koronavirusa 23 107 yoluxma faktı qeydə alınıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyevin bildirdiyinə görə, Çində yoluxmanın artmasının ölkəmiz üçün heç bir qorxusu yoxdur.
"Çində koronavirusa yoluxmanın artmasının əsas səbəbi kütləvi immunitetin formalaşmamasıdır. İlk dövrlər koronavirus Çində yayılarkən onlar qapanmaya getdi. Buna görə də ölkə əhalisinin çoxu yoluxmadı. Bu səbəbdən orada xəstəliyə yoluxanların sayının artması təbiidir. Hazırda Çində yayılan virusun "Omicron" variantıdır.
Azərbaycanda isə, demək olar ki, hər bir insan virusa yoluxub və ya peyvənd olunub. Bütün bunlar insanlarımızda virusa qarşı kollektiv immunitetin yaranmasına xidmət etdi. Bu səbəbdən ölkəmizdə yoluxmada artım gözlənilmir", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda dünən koronavirus (COVID-19) əleyhinə 10 301 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 513 935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 985, üç və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 231 715 təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanda fevralın 15-dən bu qadağalar tətbiq ediləcək - SİYAHI
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb. BAKU.WS xəbər verir ki, birgə məlumatda deyilir: "Məlum olduğu ki...