Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM
Video
Sosial 37

Cəlilabad rayonunun Oğrubulaq kəndinə gedən 2.5 km-lik yol bərbad vəziyyətdədir. Sakinlər hər gün palçıq və gölməçələrə batıb qalmamaq üçün xeyli əziyyət çəkirlər. İllərdir bu çətinliklə üz-üzə qalan sakinlər aidiyyəti qurumlardan kömək diləyirlər.

Sakinlər mövcud vəziyyəti belə şərh ediblər:

"Hüzr var, gedə bilməmişəm. Sabah məcburam ki, yasa atla, eşşəklə və ya piyada gedim".

"Kəndimizdə 600-dən çox adam var. Əvvəl yolumuza çınqıl tökülmüşdü, sonra gəlib bura palçıq tökdülər. Allah haqqı, belimizdə yük daşıyırıq. Bizim çəkdiyimiz yolu bizə geri qaytarsınlar".

Məsələ ilə bağlı Ağdaş Bələdiyyəsinin sədri Şəmsəddin Məmmədov çıxış yolunu vergi intizamında görərək bunları qeyd edib:

"Oğrubulaq kənd sakinləri vergiləri ödəməkdən yayınırlar. Biz çalışırıq ki, yolların problemlərini aradan qaldıraq, çünki bələdiyyə bütün işlərini vergilər hesabına təmin edir. Əgər adıçəkilən kəndin sakinləri vergilərini ödəsələr, nəinki o kəndi, digər kəndlərimizi də qum-çınqılla təmin etmək bizim vəzifə borcumuzdur".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Bakıda bu ərazidə işıq olmayacaq

Bakıda bu ərazidə işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat veril...

64 Sosial 09:13 23 dekabr 2025

Son xəbərlər