Cavid Muradov istefa verməyib - DİN-dən təkzib
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun istefa ərizəsi yazaraq işdən azad olunması ilə bağlı məlumatlar yayılıb.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi KİV-də yayılan həmin məlumatlar həqiqəti əks etdirmir:
"Polis polkovniki Cavid Muradov hazırda Səbail rayon Polis İdarəsinin rəisidir və o, vəzifəsini icra edir. Onun istefa ərizəsi yazması ilə bağlı yayılanlar bəzi jurnalistlərin fərziyyəsindən başqa bir şey deyil".
Qeyd edək ki, polis polkovniki Cavid Muradov bir neçə gün əvvəl həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğludur.
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...