Çad "ASAN xidmət" təcrübəsinin tətbiqində maraqlıdır

Çad ASAN xidmət təcrübəsinin tətbiqində maraqlıdır
Foto
Sosial 11

Çad "ASAN xidmət" təcrübəsinin tətbiqində maraqlıdır.

Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Çadın iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Agentliyin sədrinin müavini Ceyhun Salmanov qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat da edilib.

Qarşı tərəf Azərbaycanın "ASAN xidmət" təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduğunu bildirib.

Qonaqlar "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin,"ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti fəaliyyəti ilə də tanış olublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər