Cabir İmanovdan danışan Ədalət Şükürov: "Onun səhhətində heç vaxt problem olmayıb"

"Bu barədə danışmaq çətindir. Beş gün bundan qabaq Cabir xahiş etdi və biz bir yerdə bir məclisdə idik. Mən oxudum o rəqs etdi. Həmişə biz gülməkdən ağlayırdıq indi isə ağlamağı gözləməzdim, çox təəssüf olsun. Allah onun qohum və yaxınlarına səbr versin. Cabir gözəl insan idi".
Bu sözləri BAKU.WS-ə açıqlamasında əməkdar artist Ədalət Şükürov deyib. Cabir İmanovun vəfatından danışan sənətçi onun əvvəllər infarkt keçirdiyi iddiasına da açıqlama gətirib. İfaçı bildirib ki, onun səhhətində heç vaxt problem olmayıb.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanovla vida mərasimi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçiriləcək. O Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq. Xatırladaq ki, Cabir İmanov ötən gün günorta saatlarında vəfat edib. Onun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Zöhrə Pənah
Oxşar xəbərlər
Ali təhsil haqqında qanuna ehtiyac var - Deputat
Payız sessiyasının gündəliyinə Ali təhsil haqqında Qanun layihəsinin daxil edilməsini təklif edirəm. BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bu sözləri Mi...
