Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim iştirak edib
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.
Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3 300 nəfər müəllim iştirak edib, 90% davamiyyət qeydə alınıb.
Təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 20 iyun saat 19:00-dan etibarən başlanılacaq.
Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Oxşar xəbərlər
Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər?
Artıq uzun illərdir ki, sürücülər icbari sığorta ilə yanaşı, avtomobillərini kasko sığorta da etdirə bilirlər. Baku TV-nin məlumatına görə, ilk illərdə bu sığor...