Bu ürək xəstəliyi riskini azaldır
Ürək xəstəliyi riskini azaldan içkinin adı açıqlanıb.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, yaşıl çaydakı bitki antioksidanlarının ürəyi qoruduğu ortaya çıxıb.
Dietoloq Karen Qreça bu barədə "Eating Well" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, yaşıl çay ürək xəstəliklərindən qoruyur.
Qreça vurğulayıb ki, bu içkinin tərkibində katexinlər adlanan bitki mənşəli antioksidantlar var ki, bu da ümumi və "pis" xolesterol səviyyəsinin kiçik, lakin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb ola bilər.
Bundan əlavə, antioksidantlar bədənə ümumi iltihab əleyhinə təsir göstərir və bu da ürək-damar sağlamlığını dəstəkləyir.
"Yaşıl çaydakı katexinlər güclü antioksidan təsirə malikdir - zərərli oksidləşdirici reaksiyaların intensivliyini azaldır" -deyə Dietoloq əlavə edib.
Dietoloq izah edib ki, bütün bunlar qan damarlarını qoruyur.
Oxşar xəbərlər
Bu gün Tərtər, Ağdaş, Bərdə və Goranboyun, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunun bir sıra ərazilərinə enerjisinin verilişində məhdudiyyət yaranacaq. BAKU.WS xəbər verir ki, b...