Bu ünvanlarda yarmarkalar keçiriləcək - FOTO

Bu ünvanlarda yarmarkalar keçiriləcək - FOTO
Foto
Sosial 103

2-3 iyul tarixlərində Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yarmarkalarda 40-dan artıq regiondan iştirak edəcək 100-ə yaxın fermer müxtəlif çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaq.

Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu ərazilərdə ucuz bazar olacaq - FOTO

Bu ərazilərdə ucuz bazar olacaq - FOTO

Kənd Təsərrüfatı Nazirliyi iyunun 25-26-da Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək. BAKU.WS-in Nazirliyə istinadən verdiyi məlumata görə...

234 Sosial 10:28 23 iyun 2022

Son xəbərlər