Bu tarixdə yeni tədris ili üzrə birinci siniflərə qəbul başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.
BAKU.WS xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi, tədris digər dillərdə aparılan bölmələrə uşaqların qəbulu ilə bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat, həmçinin Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə I siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan başlayacaq.
Oxşar xəbərlər
Ali məktəb və kolleclərə sənəd qəbulu başlayır
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan...