Bu şəxslər avtomobil idarə etdikdə…
Yeniliklərdən dərhal xəbərdar olun
Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib.
Məcəllənin bundan əvvəlki variantında qeyd edilib ki, 332.2-ci maddədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə edilir.
Dəyişikliklə isə cərimə 200 manatdan 300 manata qaldırılıb.
Oxşar xəbərlər
Azərbaycanda bəzi cərimələr artırılır - SİYAHI
Azərbaycanda bəzi cərimələr artırılır. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəl...