Bu şəxslərin evləri dövlət hesabına təmir olunacaq
Aztəminatlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Ağstafa Rayon İcra Hakimiyyəti tikinti materiallarının alınması üçün tender elan edib. Satınalma müsabiqəsi çərçivəsində müxtəlif inşaat materiallarının alınması planlaşdırılır.
BAKU.WS-in əldə etdiyi məlumata əsasən, tenderin ümumi ehtimal olunan dəyəri 101.481,29 AZN təşkil edir.
Layihə çərçivəsində əsasən tikinti materiallar tədarük ediləcək. Tender çərçivəsində alınacaq tikinti materialları aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün istifadə ediləcək. Bu, evlərin təmiri və ya yenidən qurulması üçün lazım olan əsas materialların təmin edilməsi deməkdir.
Müsabiqədə göstərilən materiallar – taxta, sement, dam örtüyü, mismar və qum – əsasən tikinti və təmir işlərində istifadə olunan əsas elementlərdir. Bu isə o deməkdir ki, həmin materiallar aztəminatlı ailələrin evlərinin təmiri, dam örtüklərinin yenilənməsi, hörgü işləri və digər inşaat işləri üçün istifadə ediləcək.
Orxan Hüseyn
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır
Bakının daha iki yol sahəsində təmir işləri aparılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bil...