Bu səbəbdən kompensasiya ödəniləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunun Basqal kəndi ərazisində yol tikintisi zamanı torpaq sürüşməsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli tikiliyə ciddi ziyan dəyib.
Kənd sakini Mais Əhmədovaya aid tikili 2 yerə bölünüb. Obyekt fəaliyyət göstərmədiyindən, xoşbəxtlikdən heç kəs xəsarət almayıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfov bildirib ki, artıq obyekt sahibi ilə razılıq əldə olunub.
O, qeyd edib ki, söküntü üçün nəzərdə tutulan obyektə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiya ödənilməsi təmin olunacaq.
Oxşar xəbərlər
Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir
Bakıda piyadaların, xüsusilə azyaşlı uşağı olan valideynlərin və əlilliyi olan şəxslərin şəhərdə hərəkəti zamanı ciddi çətinliklər yaranır. BAKU.WS xəbər verir...