Bu rayonda qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Yevlaxda qaz təchizatı dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək “Yeni Yevlax” və “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Yevlax şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Oxşar xəbərlər
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bir neçə rayonda qaz olmayacaq
Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, sabah saat 09:00-dan “...