Bu Ramazan bayramında adambaşına düşən fitrə zəkatının məbləği açıqlandı

Bu Ramazan bayramında adambaşına düşən fitrə zəkatının məbləği açıqlandı
Sosial 398

"Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır".

BAKU.WS xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

"Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - A.Paşazadə vurğulayıb.

Oxşar xəbərlər

Quran oxumağı öyrənmək istəyənlər üçün yeni dərs vəsaiti dərc olunub

Quran oxumağı öyrənmək istəyənlər üçün yeni dərs vəsaiti dərc olunub

"Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran" adlı yeni kitab işıq üzü görüb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) BAKU.WS-ə verilən məlumata görə, kitab...

226 Sosial 14:51 05 may 2021

Son xəbərlər