Bu qış çoxlu qar yağa bilər - İqlimşünasdan AÇIQLAMA

Bu qış çoxlu qar yağa bilər - İqlimşünasdan AÇIQLAMA
Açıqlama
Sosial 108

Azərbaycanda qış fəslinin necə keçəcəyi hər kəsi maraqlandırır. İqlim dəyişiklikləri, temperatur fərqləri və yağıntıların miqdarı həm kənd təsərrüfatı, həm də gündəlik həyat üçün önəmli amillərdir.

BAKU.WS-ə danışan iqlimşünas Qorxmaz İbrahimli qış fəslinin xüsusiyyətləri, soyuq hava dalğalarının mənbəyi və qarşıdakı aylarda bizi nələrin gözlədiyi ilə bağlı fikirlərini bölüşüb.

Ekspert bildirib ki, qış vaxtında gələcək və bol qar ehtimalı yüksəkdir:

"Mən hesab edirəm ki, qış vaxtında gələcək. Qış fəsli dekabr ayında başlayır. Dekabr ayına kimi də havalar tez-tez dəyişəcək. Qış bol qarlı olsa, təbii ki, də çox yaxşı olar. Çünki su qıtlığı yaşamarıq. Onu da qeyd edim ki, Azərbaycanda bir neçə günə hava dəyişəcək. Şahdağ, Babadağa qar vaxtından əvvəl yağa bilər. Rusiyadan daha çox soyuq hava kütlələri daxil olur. Qərbdən Atlantik okeandan, şimaldan isə Rusiyadan soyuq hava kütlələri daxil olur. Qışda ən çox təsir edən elə Rusiyadan daxil olan hava kütlələridir. Cənuba doğru irəliləyir" – deyə iqlimşünas vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, xüsusən Şahdağ və Babadağda qış fəsli gözlənildiyindən tez başlaya bilər və dağlıq ərazilərdə qar yağıntısı noyabrın əvvəllərində müşahidə oluna bilər. Rusiyadan daxil olan güclü soyuq hava kütlələri ölkədə temperaturun kəskin enməsinə səbəb olacaq.

İqlimşünas həmçinin qeyd edib ki, Atlantik okeanından gələn hava kütlələri ilə Rusiyadan daxil olan soyuq cəbhələrin qarşılaşması Azərbaycanda qış aylarında hava şəraitinin dəyişkən və sürprizli olmasına gətirib çıxaracaq.

Şahanə Xankişiyeva

Son xəbərlər