Bu ölkədə koronavirusdan rekord sayda insan öldü - CƏDVƏL

Bu ölkədə koronavirusdan rekord sayda insan öldü - CƏDVƏL
Sosial 266

ABŞ-da sutka ərzində koronavirusdan ölənlərin sayı 1700 nəfər olub.

BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən məlumat yayılıb.

Ölkədə koronavirusa təsdiq edilmiş yoluxma hallarının sayı 400 mini keçib. Ümumilikdə qurbanların sayı isə 13 minə çatır.

Son rəqəmlərə görə, dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 1 milyon 431 min 973 nəfər təşkil edir.

Ən çox ölüm nisbəti isə İtaliyada (17 min 127) qeydə alınıb.

Bu ölkədə koronavirusdan rekord sayda insan öldü - CƏDVƏL

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər