285 min nəfər COVID-19 virusundan sağalıb - CƏDVƏL

Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxanların sayı 1,3 milyonu keçib.
BAKU.WS xəbər verir ki, koronavirusdan sağalanların sayı 285 min 59 nəfər təşkil edir.
Birləşmiş Ştatlar koronavirusa yoluxma statistikasında ilk pillədə qərarlaşıb. Ölkədə COVID-19 virusuna yoluxanların sayı 367 min 629 nəfər təşkil edir. ABŞ-da koronavirus qurbanları isə 10 min nəfərdən çoxdur.
Koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Belə ki, bu ölkədə qurbanların sayı 17 minə yaxınlaşır.
Ən çox sağalanlar da digər Avropa ölkəsi olan İspaniyada qeydə alınıb. Virusa yoluxmuş 40 mindən çox insan sağalmağı bacarıb.

Oxşar xəbərlər
Dünyada COVID-19-a ən çox yoluxmuş ölkə - CƏVDƏL
Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən...
