Bu ilin ötən dövründə 226,3 milyon manat məbləğində ipoteka krediti verilib
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti verilib.
Fondun məlumatına görə, verilən kreditlərin 156,1 milyon manatı məbləğində 1418-i adi ipoteka, 70,2 milyon manatı məbləğində 824-ü isə güzəştli ipoteka krediti olub.
Bildirilib ki, 2006-cı ildən etibarən Fondun vəsaiti hesabına ümumilikdə 3,98 milyard manat məbləğində ipoteka krediti ayrılıb. Bu vəsait hesabına 59 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşdırılması təmin edilib.
Şəxsi yığımları kifayət etməyən vətəndaşların daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən yararlanmasını dəstəkləmək məqsədilə, 2026-cı il iyulun 1-nə Fond tərəfindən 1571 ipoteka krediti üzrə ümumilikdə 149,9 milyon manat məbləğində zəmanət verilib.
Hesabat dövründə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib. Verilmiş kreditlərin təxminən 22 faizi isə regionların payına düşüb.
Oxşar xəbərlər
Bu ilin beş ayında Azərbaycanda qızılca və suçiçəyinə yoluxmada artım müşahidə olunub
Azərbaycanda bu ilin yanvar-may aylarında qızılca və suçiçəyinə yoluxmada artım müşahidə olunub. BAKU.WS xəbər veri ki, bu barədə report-un sorğusuna cavab olar...