Bu il neçə stansiyanın inşa ediləcəyi məlum oldu
"Şərti adı "B-04" olan stansiyada əsas inşaat işlərinin 2025-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub. Bununla yanaşı, infrastrukturun qurulması, zəruri avadanlıq və sistemlərlə təchizat işləri də 2025-ci ildə sürətləndiriləcək".
Bunu BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi əlavə edib ki, daha sonra "8 Noyabr-B-04" tunel mənzilində bütün infrastrukturun qurulması aparılacaq. Stansiyanın 2026-cı il ərzində istifadəyə verilməsi planlaşdırılır:
"Dövlət proqramına uyğun olaraq, 2025-ci ildə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas işlərə başlanılması, 2026-2027-ci illərdə "Dərnəgül" elektrik deposunda tikintinin tamamlanması, 2 yeni elektrik yarımstansiyanın inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması, "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının, "Xətai" stansiyasından sonra Dövlət proqramında nəzərdə tutlmuş 4 stansiyadan ikisinin inşasına başlanılması da nəzərdə tutulub".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ət yeyənlərin sayında kəskin AZALMA
Ət bazarında son dövrlərdə alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi müşahidə olunur. BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, satıcılar bildirirlər ki...