Bu il 314 şagird buraxılış imtahanlarına buraxılmayıb
                            
                                14
                                apr
                            
                                2017
                                18:45
                            
                            
                          Dövlət İmtahan Mərkəzi (DİM) 2016/2017-ci tədris ilində məlumatları "Şagird-məzun” sisteminə daxil edilmiş, lakin buraxılış imtahanlarına buraxılmayan IX və XI sinif şagirdlərinin siyahısını açıqlayıb.    BAKU.WS-in DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, 224 nəfər IX sinif şagirdindən 223-ü təhsildən yayındığından, 1 nəfər isə hərbi xidmətdə olduğundan onların biliyi qiymətləndirilməyib.   Onun sözlərinə görə, 129 nəfər XI sinif şagirdindən 10 nəfəri hərbi xidmətə çağırıldığına görə, 28 nəfəri qeyri-kafi aldığı və 91 nəfəri təhsildən yayındığı üçün imtahana buraxılmayıblar.   DİM rəsmisi qeyd edib ki, 2016/2017-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji -tibbi - pedaqoji komissiyaların qərarı əsasında DİM tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı isə 859 nəfərdir. 
                    
                    
                    
                    
                    
                    BAKU.WS
Oxşar xəbərlər
DİM-dən XƏBƏRDARLIQ: Sənədlərdən biri olmasa, şagird imtahana buraxılmayacaq
Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib. DİM-dən verilən xəbərə görə, müraciətdə bildirilib ki,...