Bu il 233 tələbə köçürülüb
Bu il 233 nəfər tələbə elektron qaydada seçdiyi ali təhsil müəssisəsinə köçürülüb.
BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən ildən etibarən, təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir. Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib. Onlardan 233 nəfəri seçdiyi ali təhsil müəssisəsinə köçürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlik “Qafqaz” Universitetinin tələbələri ilə bağlı qərar verdi
"Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı ba...